
بو بير تستذير

Devin Ömür Şüşəsi!
Bu günlər Azərbaycan milli hərəkətinin dirçəlişi
daha çox gözə çarpır. Sayları artan çeşidli toplantılar, dərnəklər , dərgilər
, internet saytları bu iddianın şahididir. Bu dirçəlişin daha da önəmli olan örnəyi , bu
yolda qələm gücün qullanan və sayları artmaqda olan yazıçılar olubdur.10-15 ill öncə ədədi
barmaq sayından çox olmayan milliçi yazıçılarımızın sayı bugünlər çoxalıb, bu
mövzunun səbəbi isə yəqin ki bizim tanınmış böyük ustadlararımız tərəfindən
təməli qoyulmuş varlıq kimi məktəbler olmaqla yanaşı internet istifadəsinin genişlənməsı
olmuşdur. Bu hərəkətin dirçəlməsi və genişlənməsi ile əlavə bu
hərəkətin kimlik qazanma prosesi də başlanmaqda görünülür. Yəni bu hərəkətin
tarixi köklərin araşdırmaq , keçmişdə və indiki yanlışlıqları tənqid
etmək, bu hərəkətin təməlin elmi teorilərlə bərkitmək və gələcəyin
real və düzgün amac və hədəflərin tərifləmək Azərbaycan milliçilərinin diqqətin
cəlb edibdir. Bu məqalədə isə bu prosesin ardı olaraq milli hərəkətimizin bəzi
cəhətlərin araşdırıb , incələməyinə cəhd göstərilib.
|